2014-cü ilin yanvar-sentyabr ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 44 073 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən məlumat verilib.
“24 190 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 7 205 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 6 727 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.
Operativ nəzarət tədbirləri zamanı 3 032 vergi ödəyicisi tərəfindən 4 183 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 2 222 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 697 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 7 274 ədəd mal olduğu aşkarlanıb”, - məlumatda deyilir.
Gülnarə Zeynalova
www.oxu.az