Bakının “Kubinka” kimi tanınan ərazisində yerləşən, Tahir və Cabir İmanov qardaşlarına məxsus restoran sökülüb.
Oxu.Az Qafqazinfo-ya istinadla məlumat verir ki, “Planet Parni iz Baku Üçkünc Pivə” adlanan restoran “Kubinka”nın ən məşhur restoranlarından biri olub və sözügedən kafedə uzun illər “Planet Parni iz Baku” teatrının çəkilişləri və məşqləri aparılıb.
Kafenin yerləşdiyi ərazidə hündürmərtəbəli binanın tikilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Tahir İmanov açıqlamasında restoranın onlara məxsus olmadığını bildirib.