Vergilər Nazirliyi vergi ödəməyən müəssisələrin adını açıqlayıb.
Oxu.Az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, həmin şirkətlər Bakı şəhərində yerləşən: "SƏMA LTD" MMM, "RUZU" MMC, "R+R COMPANİ" MMC, "XANLAR 2" MMC, "ELEQANT-M" MMC, "EUROHOME" MMC, "ERİ" FİRMASI, "KAT LTD" MMM, "OPUS" MMC, "AZACO" MMC, QALAKTİKA FİRMASI, "ŞİKAR" FİRMASI, "LEYLƏK" MMC, "SİRAB-2008" MMC-dir.
Bundan başqa, Əliyev Sahib Bayram oğlu, Hüseynov İsgəndər Abasqulu oğlu, Abbasov Zeynalabdin Abbas Abbas oğlu, Həsənov Araz İsmixan oğluna məxsus müəssisələr də vergi borcunu ödəməyənlər siyahısındadır.
Həmçinin “Şərq-Qərb Təbabəti” MMC də vergi borcunu ödəməyib.
Oxu.Az əldə etdiyi məlumata görə, həmin müəssisələrin fəaliyyəti dayandırılıb. Vergi borclarını qaytardıqdan sonra onların fəaliyyəti bərpa olunacaq.