"Bir sıra qruplar Vergi Məcəlləsinə dəyişikliklərə istinad etmədən onlar haqqında real olmayan fikirlər səsləndirirlər".
Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.
O bildirib ki, bəziləri bu dəyişikliklərin mikro və kiçik sahibkarlar üçün əlavə vergi yükünün yaradacağını iddia edir: "Lakin bu doğru deyil. Dəyişikliklər mikro və kiçik sahibkarlar üçün əlavə vergi yükü yaratmır, əksinə, sadələşdirilmiş vergi limiti 200 min manatdan 400 min manata yüksəldilir. Bu da o deməkdir ki, sadələşmiş vergi dövriyyəsi artırıldığı üçün mikro və kiçik sahibkarların vergi yükü azalacaq".
Samir Əli