"Moskva hələ ki Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Trampın sülh planı üzrə danışıqlara razılıq verməsi barədə məlumat almayıb".
Oxu.Az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Xatırladaq ki, ukraynalı deputat Aleksey Qonçarenko Donald Trampın sülh planının 28 bəndini dərc edib.
"Financial Times"ın məlumatına görə, Ukrayna rəsmiləri sənədi tənqidlə qarşılayaraq, düzəlişlər olmadan qəbuledilməz hesab ediblər, halbuki Vaşinqtonda Zelenskinin noyabrın 27-dək onu imzalayacağını gözləyirlər. Plan NATO-dan imtina, yeni sərhədlər, bufer zonası, Ukrayna Silahlı Qüvvələri üçün məhdudiyyətlər və Rusiyanın dondurulmuş aktivlərinin istifadəsini əhatə edir.