Ukrayna Prezidenti Volodimir Zelenski vətəndaşların böyük əksəriyyətinin müharibəyə son qoymaq istədiyini, lakin bunun ərazi güzəştləri bahasına edilməsinə razı olmadıqlarını bildirib.
Zelenski: "Ukraynalıların 85%-i Donbasın verilməsinə qarşıdır"
Oxu.Az xəbər verir ki, Ukrayna lideri bu barədə "Fox News"a verdiyi müsahibədə danışıb.
"İnsanlar, şübhəsiz ki, sülh istəyirlər. Prezident Tramp deyir ki, ukraynalıların 85%, bəlkə də 90%-i sülh istəyir. Bəli, 87% sülhü dəstəkləyir. Eyni zamanda, 85% şərqdən, Donbasdan çəkilməyə qarşıdır. Bu, o deməkdir ki, hamı sülh istəyir, amma ədalətli sülh", - deyə dövlət başçısı vurğulayıb.