Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Vüqar Bayramov: "Trampın qərarı dünya bazarında qiymətləri yüksəldəcək"
"ABŞ Prezidentinin tarif qərarı 2025-ci ildə qlobal ticarətin həcmini 330 milyard dollar azaldacaq".
Oxu.Az-ın xəbərinə görə, bunu iqtisadçı deputat Vüqar Bayramov məlumat verib.
V.Bayramovun sözlərinə görə, Ümumdünya Ticarət Təşkilatının qiymətləndirmələrinə əsasən, yeni tariflər qlobal ticarətdə bir faiz azalmaya səbəb olacaq:
"2024-cü ildə qlobal ticarətin həcminin 33 trilyon dollar olduğunu nəzərə alsaq, dünya iqtisadiyyatına bu qərarın təsirlərini müəyyənləşdirmək çətin olmaz".
"Bununla yanaşı, Vaşinqtonun son qərarı yalnız Birləşmiş Ştatlarda deyil, bütövlükdə dünya bazarında qiymətləri yüksəldəcək. Göründüyü kimi, dünya iqtisadiyyatı yeni mərhələyə qədəm qoyur: heç də asan olmayan bir dönəmə", - deyə deputat qeyd edib.
"Vüqar Bayramov" teqi üzrə xəbərlər
- Deputat: "Növbəti aylarda sosial paketin daha da dərinləşməsi DSMF-nin xərclərinə təsir göstərəcək"
- Pulsuz evlərin verilməsi 2030-cu ilədək davam etdiriləcək - Sərəncam kimlərə şamil olunur?
- 1600 manatadək artırılan müavinət kimlərə ödənilir?
- Azərbaycanda sosial xidmətlərə yeniləri əlavə edildi - DETALLAR
- "Əsrin müqaviləsi", mütərəqqi islahatlar - İqtisadiyyatımızı dirçəldən LİDER