Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Vüsal Hüseynov: "İqlimlə bağlı fəlakətlər illik yerdəyişmələrin artmasına səbəb olur"
"Təəssüf ki, iqlim dəyişmələrinin yaratdığı aktual problemlər və insanların yerdəyişməsinə güclü təsiri indi həmişəkindən daha önəmlidir. Hesablamalara görə, son on il ərzində iqlimlə bağlı fəlakətlər davamlı olaraq illik yerdəyişmələrin artmasına səbəb olub".
Oxu.Az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Mavi Zonada "COP29: İqlim dəyişmələri kontekstində insanların yerdəyişməsi üçün inteqrə olunmuş həll yolları üzrə qlobal əməkdaşlığın gücləndirilməsi" mövzusunda keçirilən yüksəksəviyyəli panel iclasında deyib.
O qeyd edib ki, tədqiqatlar göstərir ki, lazımi adaptasiya tədbirləri tətbiq olunmasa, iqlim dəyişmələri ilə əlaqədar fəlakətlərin artması dünyanın bir çox yerində yerdəyişmələrin miqyasının böyüməsinə səbəb ola bilər:
"Bu kontekstdə, bugünkü müzakirələrin əsas məqsədləri olan insanların yerdəyişməsi və iqlim dəyişmələri arasındakı əlaqənin kollektiv şəkildə anlaşılması ətrafında dialoqun təşviqi, müvafiq maraqlı tərəflər arasında məlumatlılığın artırılması, eləcə də iqlim dəyişmələrinə dayanıqlılığın artırılması və adaptasiya planlarının hazırlanması üçün inklüziv və vahid strategiyaların müəyyənləşdirilməsi vacibdir. Buradakı müzakirələrimiz həm də fəaliyyətlərin stimullaşdırılmasına yönələcək".
Məhərrəm Əliyev
"COP29" teqi üzrə xəbərlər
- Sahibə Qafarova: "Dövlətlərin daxili işlərinə qarışılması bütün problemlərin qaynağına çevrilib"
- Əli Əsədov Üçüncü Xəzər İqtisadi Forumunda iştirak edib
- Azərbaycan XİN başçısının müavini "COP29"un yekunlarına dair paneldə iştirak edib
- Təxribat və inqilabların himayədarı - İç üzü açılan USAID hər yerdən qovulur
- İordaniya şahzadəsi: "COP29 mühüm dönüş nöqtəsi oldu"