İran, Tehran ilə nüvə proqramına dair razılaşmadan sonra, növbəti on illiyin sonu üçün Avropa İttifaqına nəql edilən təbii qazın əsas tədarükçüsü ola bilər.
Bu barədə “The Wall Street Journal” nəşri yazıb.
Oxu.Az “zn.ua”ya istinadən xəbər verir ki, hal-hazırda Avropa Komissiyası hesab edir ki, blok 2030-cu il üçün İrandan ildə 25-35 milyard kub metr qaz idxal edə bilər.
“Bu, blokun Rusiyadan asılılığını azalda bilər. Rusiya hal-hazırda Avropa İttifaqına ildə 130 milyard kubmetrə yaxın qaz tədarük edir”, - məqalədə qeyd edilib.
Avropa İttifaqının İrandan İspaniyadan keçərək nəqli həyata keçirəcəyi ehtimal edilir.
Komissiyanın mətbuat-katibi təsdiq edib ki, sentyabrın 4-də keçirilən görüşdə müzakirə edilən mövzulardan biri İranda Avropa perspektivləri olub. Lakin o qeyd edib ki, Aİ nümayəndələri hər hansı rəsmi müqavilələrdən danışmağa tələsmirlər.
“Şərtlər (nüvə sazişinin – red.) yerinə yetirildikdə, biz İran ilə yüksək səviyyədə energetik dialoqun başlanması istiqamətinə nəzər salacağıq”, - Avropa Komissiyasında bildiriblər.
2014-cü ildə Avropa İttifaqı İran ilə münasibətlərin yaxşılaşması və Avropaya əsas qaz tədarükçüsü olan Rusiya ilə münasibətlərin pisləşməsi təqdirində İrandan qazın idxalına başlamağa hazırlaşırdı.
İranın nüvə proqramına dair razılaşma iyulun 14-də imzalanıb. Sənədə uyğun olaraq Tehran öz nüvə proqramına dair bir sıra güzəştlərə gedir. Cavab olaraq qərb ölkələri İrana qarşı iqtisadi sanksiyaları tədricən ləğv etməyə başlayacaqlar.