Dünya birjalarında neft bahalaşmaqdadır.
Oxu.Az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,99% artaraq 65,11 dollar təşkil edib.
Beləliklə WTI markalı neftin 1 barelinin qiyməti 2014-cü il, dekabrın 8-dən etibarən ilk dəfə olaraq 65 dolları ötüb.
Brent markalı neftin qiyməti isə 0,19% artaraq $70,09 dollar təşkil edib.
A.M.
www.oxu.az