O cümlədən, Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 11,83 mln. ton, Supsa boru kəməri ilə 1,70 mln. ton, Şimal boru kəməri ilə 0,42 mln. ton və dəmiryol nəqliyyatı ilə 0,36 mln.ton. neft ixrac olunub.
Oxu.Az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin 2014-cü ilin yanvar-may ayları üzrə hesabatında deyilir.
DGK-nın məlumatına görə, sayğac göstəriciləri əsasında cari ilin yanvar-may aylarında qaz-kondensatı (BTC boru kəməri ilə) – 0,93 mln.ton, təbii qaz – 3 688 525,4 min kubmetr, elektrik enerjisi – 116 927,6 min kVt/s ixrac olunub.
Hesabatda həmçinin gömrük bəyannamələri üzrə xam neft, neft məhsulları, təbii qaz və elektrik enerjisinin ixracı üzrə məlumat verilib.
Belə ki, xam neft – 10,03 mln. ton (8,21 mlrd. ABŞ dolları), neft məhsulları – 0,57 mln.ton (415 mln.ABŞ dolları), təbii qaz – 1 087 095 min. kubmetr (189,33 mln. ABŞ dolları) və elektrik enerjisi – 289,07 mln. kVt/s (13,41 mln. ABŞ dolları) ixrac olunub.
Bu da ötən ilin yanvar-fevral ayları ilə müqayisədə göstərir ki, xam neftin – 4,3%-ə, neft məhsullarının – 25,97%-ə, təbii qazın - 39%-ə və elektrik enerjisinin – 17,4%-ə ixracı azalıb.
Gülnarə Zeynalova
www.oxu.az