2015-ci ildə xaricdən Azərbaycana pul köçürmələri 1 milyard 183 milyon dollar təşkil edib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı “Pul siyasəti icmalı”nda bildirilir.
Məlumata görə, pul baratlarının ümumi məbləği 2014-cü illə müqayisədə 30,8% azdır. AMB azalmanı İqtisadi tərəfdaş ölkələrində yaranmış vəziyyətlə izah edib.
E.Ə.
www.oxu.az