Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Xarici dövlətlərin yük avtomobilləri yol vergisindən azad olunur
Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri 2016-cı ilin iyun ayının 1-dən etibarən 3 il müddətinə Azərbaycanda yol vergisindən azad olunacaq.
Oxu.Az xəbər verir ki Azərbaycan prezidenti İlham Əliyev Vergi Məcəlləsində dəyişikliyin edilməsi haqqında fərman imzalayıb.
Vergi Məcəlləsinə əlavə edilən maddəyə əsasən, dəmir yolu ilə nəql edilən yüklər Azərbaycan ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi son dəmiryolu stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda yol vergisindən azad ediləcək.
Bundan başqa, xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycan ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşındıqda, yol vergisindən azad ediləcək.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı bayram münasibətilə təbrik edib
- Ağdərə rayonunun Suqovuşan kəndində məscid istifadəyə verilib
- Ağdərənin Suqovuşan kəndində yaşayış kompleksi istifadəyə verilib
- İlham Əliyev və Mehriban Əliyeva Ağdərədə açılışda iştirak ediblər
- İlham Əliyev və Mehriban Əliyeva Ağdərənin Həsənriz kəndində Novruz tonqalını alovlandırıblar