Ölkə vətəndaşlarının xarici valyutadakı əmanətlərinin həcmi azalıb.
Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, xarici valyutada əmanətlərin həcmi 5101,9 milyon manat təşkil edib. Bu da əvvəlki ilin eyni dövrünə nisbətən 16,6 faiz azalıb.
Əvəzində manatla əmanətlərin həcmi 20,5 faiz artıb. Belə ki, banklardakı əmanətlərin həcmi 1744,8 milyon manat olub.
Ümumilikdə cari ilin iyun ayının 1-nə banklardakı əmanətlərin həcmi 6846,7 milyon manat olub.Əmanətlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 9,5 faiz azalıb.
L.Ə.