Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən və “Azəri-Çıraq-Günəşli” neft yataqları blokuna daxil olan “Qərbi Azəri” platformasında yanğının baş verməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir.
Oxu.Az xəbər verir ki, bu barədə “bp Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib.
Onun sözlərinə görə, platformanın fəaliyyətində heç bir problem yoxdur, neft hasilatı əvvəlki kimi davam edir və platoformada yanğın barədə iddialar həqiqətə uyğun deyil.
20:34
Bu dəqiqələrdə Xəzər dənizində neft platformalarının birində yanğının baş verdiyi iddia olunur.
Göstərdiyimiz səylərə baxmayaraq, hadisə ilə əlaqədar ətraflı məlumat əldə edə bilmədik.