Bakıda bir nəfər çoxmərtəbəli binanın damına çıxaraq intihar edəcəyini bildirib.
Oxu.Az xəbər verir ki, Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün 18.15 radələrində Şərifzadə küçəsi, 13 ünvanında yerləşən 18 mərtəbəli binada qeydə alınıb.
Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları intihar etmək istəyən şəxs xilas ediliblər. Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, intihar etmək istəyən şəxs Bakı şəhər sakini, 1947-ci il təvəllüdlü İsrafil Nadir oğlu İsrafilovdur.
İ. İsrafilovun özünü atmaq istədiyi binadan ev alıb. Lakin həmin binanın tikinti işləri gec qurtardığına görə intihar etmək istəyib. İ. İsrafilov hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin nümayəndələri tərəfindən xilas edilib.