Xəzəryanı dövlətlər Xəzər hövzəsində nərə balığı növlərinin sənaye (kommersiya) ovuna olan qadağanın müddətinin uzadılması barədə razılığa gəliblər.
Oxu.Az Balıqçılıq üzrə Federal agentliyə istinadən xəbər verir.
“Bu, may ayının 29-da Sankt-Peterburqda başa çatan Xəzər dənizinin su bioresursları üzrə Komissiyanın 35-ci iclası çərçivəsində qərara alınıb”, - məlumatda deyilir.
Tədbirdə bütün Xəzəryanı dövlətlərin – Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistanın nümayəndə heyəti iştirak edib.