Çox maraqlıdır, siyasət aləmində işlədilən priyomlar artıq idman sahəsində də asanlıqla tətbiq olunur.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov FIFA-ya keçirilən prezident seçkiləri ilə bağlı “Twitter” hesabında yazdığı şərhində vurğulayıb.
“Gizli səsvermə olduğu üçün görünür, səslər yalnız Blatterin xeyrinə yox, ABŞ və Avropaya etiraz səsləri idi”, - deyə N.Məmmədov qeyd edib.