ABŞ-da Məhəmməd peyğəmbərin karikaturalarının sərgisinin keçirildiyi, islam ictimai mərkəzinin yerləşdiyi məsciddə günorta namazı zamanı islam dini əleyhinə aksiyalar başlayıb.
Oxu.Az RT-yə istinadən xəbər verir ki, belə karikatura sərgisinə cavab reaksiyası olaraq islamın tərəfdarları küçəyə çıxıblar.
Polis əməkdaşları rayonda təxribatların qarşısını almaq və gərginliyi azaltmaq üçün təhlükəsizlik tədbirlərini gücləndiriblər.
İslam əleyihnə çıxış edənlər aksiyaçılar əyinlərində üzərində təhqiredici təsvirlər və yazılar olan geyimlər olub.
Etiraz aksiyası keçirən daha böyük ikinci qrup cavab olaraq pasifist işarələr nümayiş etdirərək, islam icmasını dəstəkləyiblər.
Keçmiş dəniz piyadası Con Ritzaymer, özünü “antiislam fəalçısı” elan edərək, etiraz aksiyasını Facebook şəbəkəsi vasitəsilə təşkil edib.
Aksiya öncədən dinc aksiya kimi bildirilsə də Ritzaymer iştirakçılara mümkün hücumlara qarşı durmaq üçün özləri ilə silah götürməyi məsləhət görüb.
Bu artıq bu qəbildən olan ikinci aksiyadır. Birinci belə aksiya Texas ştatında Qarlend şəhərində may ayının əvvəlində keçirilib. Həmin aksiya zamanı silahlı adamlar tərəfindən atışma olub.
Finiks şəhərində aksiyaya 7 mindən çox adam dəvət edilib, amma 100-dən bir qədər artıq adam toplaşıb. Mitinqin məqsədi Qarlenddə sərgi zamanı atəş açanların ailələrinə “ismarıc çatdırmaq olub”.
Daha öncə xəbər verilmişdi ki, Məhəmməd peyğəmbərin karikaturalarının şəhərin islam mərkəzində açılmış sərgisi, Texas ştatının Qarlend şəhərində analoji sərgidə baş verən atışmaya cavabdır, RİA Novosti bildirib.
Finiks şəhərinin müsəlman icmasının nümayəndələri sərginin keçirilməsini qınayıblar, onlar bəyan ediblər ki, bu dini etiqadın azadlıq prinsipinə cəhddir. Onların fikrincə, bu tədbir yeni qəddarlıq dalğasına təkan olacaq.
Finiksin meri Qreq Stanton deyib ki, məscidin yanında sərgini “yaxşı ideya” hesab etmir, amma təşkilatçılar onun keçirilməsinə icazə almağa nail olublar.
E.Ə.
www.oxu.az