Azərbaycanı “Eurovision-2015” mahnı müsabiqəsində təmsil edən Elnur Hüseynov hazırda iki albom üzərində çalışır.
Oxu.Az xəbər verir ki, müğənni bu baradə oikotimes.com-a danışıb:
“Albomlardan biri məni “Türkiyənin səsi” yarışmasında dəstəkləyən pərəstişkarlarım üçün türk dilində olacaq. Digərini isə bütün Avropa və Eurovision fanatlarım üçün ingilis dilində təqdim edəcəyəm”.
Qeyd edək ki, Elnur ingilis dilində albomunu tanınmış Azərbaycan pianoçusu və bəstəkarı İsfar Sarabski ilə birgə hazırlayacaq. Albomların yayda işıq üzü görəcəyi gözlənilir.