2015-ci ilin yanvar ayında əvvəlki ilin dekabr ayına nisbətən bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri, o cümlədən ayrı-ayrılıqda həm bitkiçilik, həm də heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1,0% bahalaşıb.
Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Arpanın istehsalçı qiyməti 2,1%, buğdanın 0,3% ucuzlaşıb, xiyarın 10,4%, pomidorun 1,1%, baş kələmin 0,4%, quru otun 1,9%, yoncanın 2,9%, noxud dəninin 0,7%, lobya dəninin 0,2%, kartofun istehsalçı qiyməti isə 0,7% bahalaşıb.
Xurma 10,1%, naringinin 9,3%, heyva 6,9%, narın 2,9%, limon 1,0%, alma və portağal 0,4%, qoz-fındığın istehsalçı qiyməti isə 3,4% bahalaşıb.
www.oxu.az