2016-cı ilin yanvar ayında dövlət büdcəsinə 1 milyard 349,6 milyon manat vəsait daxil olub.
Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) Oxu.Az-a bildirilib.
DSK-dan qeyd edilib ki, Maliyyə Nazirliyinin məlumatlarına əsasən büdcədən 516,4 mln. manat vəsait xərclənib.
Büdcənin icrasında yaranmış 833,2 mln. manatlıq profisit ümumi daxili məhsulun 20,8%-i səviyyəsində olub.
Ülviyyə R. Əli
www.oxu.az