Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2015-ci ilin yanvar ayında 111 min 157 ton dizel yanacağı, 15 min 991 ton təyyarə yanacağı və 178 ton soba mazutu ixrac edib.
Bu barədə Oxu.Az-a SOCAR-dan məlumat verilib.
Xatırladaq ki, 2015-ci ilin yanvar ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 467,99 dollar, təyyarə yanacağının - 494,90 dollar, dizel yanacağının - 449,45 dollar, 1% kükürdlü mazutun qiyməti 252,36 dollar təşkil edib.
SOCAR yanvar ayında xam neftin dünya bazarında qiymətləri barəsində də məlumat yayıb.
Belə ki, yanvar ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 47,86 dollara, Urals nefti - 47,03 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 49,53 dollara satılıb.
Qeyd edək ki, SOCAR 2015-ci ilin yanvar ayında Novorossiysk limanından 169 min 507 ton, Supsa limanından 254 min 107 ton, Ceyhan limanından 1 milyon 697 min 768 ton xam neft ixrac edib. SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.
www.oxu.az