Azərbaycanın müxtəlif bölgələrində mağazalarda istehlaka yararsız məhsullar aşkar olunub.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Masazır qəsəbəsində, Bakı, Gəncə, Daşkəsən, Şirvan və Zaqatalada mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Ümumilikdə, monitorinqlər zamanı 60 kq-dan çox saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdançıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
Gülnarə Zeynalova
www.oxu.az