2014-cü ilin birinci yarısında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 15,37 milyard ABŞ dolları təşkil edib.
Oxu.Az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, xarici ticarət dövriyyəsi keçən ilin müvafiq dövrünə nisbətən 10,34% azalıb.
İdxal əməliyyatları üzrə 4,12 milyard ABŞ dolları (keçən ilin müvafiq dövrünə nisbətən 20,27% azalıb), ixrac əməliyyatları üzrə isə 11,25 milyard ABŞ dolları (keçən ilin müvafiq dövrünə nisbətən 6,05% azalıb) həcmində ticarət dövriyyəsi qeydə alınıb.
Xarici ticarətdə 7,21 milyard manatlıq müsbət saldo əmələ gəlib.
Gülnarə Zeynalova
www.oxu.az