2017-ci ilin iyun ayı ərzində Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 3026 Yaşıl Kart beynəlxalq sığorta müqaviləsi bağlanılıb.
Oxu.Az İcbari Sığorta Bürosuna istinadən bildirir ki, bunlardan 1731 müqavilə Türkiyə və İrana, 1230 müqavilə Rusiya, Moldova və Ukrayna Respublikasına, 65 müqavilə isə Yaşıl Kart sisteminə daxil olan bütün ölkələrə (Belarus və İsrail istisna olmaqla) səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olub. Hesabat dövründə beynəlxalq sığorta müqavilələri üzrə sığorta şirkətləri tərəfindən toplanmış sığorta haqları 175 731 manat təşkil edib. Yaşıl Kart müqavilələrinin 2575-i minik, 237-si yük, 200-ü qoşqu, 11-i avtobus, 3-ü isə motosiklet kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olub.
Hazırda Yaşıl Kart sığorta növü üzrə İcbari Sığorta Bürosunun iştirakçıları olan 13 sığorta şirkəti fəaliyyət göstərir.
L.Ə.