Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Nyu-York şəhərinə yola düşüb.
Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, N.Sadıkov iyulun 6-7-də Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında keçiriləcək Baş Qərargah Rəislərinin II Beynəlxalq Konfransında iştirak edəcək.
A.M.