Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Yaxın illərdə Azərbaycan iqtisadiyyatı necə inkişaf edəcək? - Oxu.Az-ın təhlili
Hökumətin hesablamalarına və beynəlxalq ekspertlərin rəyinə görə, Azərbaycan 2019-cu ili sabit iqtisadi göstəricilərlə başa vuracaq, bu da 2020-ci ildə müsbət inkişaf ssenarisini proqnozlaşdırmağa əsas verir. Xüsusilə qeyri-neft sektorunun sabit dinamikası gələn il ümumi daxili məhsulun (ÜDM) təxminən 3%-ə qədər artacağını proqnozlaşdırmağa tam əsas verir.
Oktyabr ayının sonundan etibarən Milli Məclisdə gələn ilin dövlət büdcəsi layihəsinin müzakirəsi prosesi başlayıb və elan edilən göstəricilərə əsasən, bu ilin üç rübü ərzində ölkədə əsas makroiqtisadi göstəricilərə və iqtisadi sahələrə görə müsbət irəliləyiş əldə edilib. Xüsusilə ölkədə vergi və gömrük qanunvericiliyi və idarəetmə mexanizmlərinin optimallaşdırılması, sahibkarlığın dəstəklənməsi sahəsində həyata keçirilən genişmiqyaslı islahatlar vergi bazasının genişləndirərək, qeyri-neft sektoruna faydalı təsir göstərib.
Diqqət çəkən məqam odur ki, ilin əvvəlindən vergi sahəsində şəffaflığı təmin etmək, xüsusən də mal dövriyyəsindəki “qara” əməliyyatların qarşısını almaq üçün görülən tədbirlər ticarət sahəsinə çox yaxşı təsir göstərib. Beləliklə, qeyri-neft sektorunda dövriyyənin ən böyük dinamikası ticarətdə - 24,2% artım, o cümlədən, pərakəndə ticarətdə (36,2%) qeydə alınıb.
Öz növbəsində, son illərdə həyata keçirilən ixracın təşviqi siyasəti cari ilin üç rübü ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin, demək olar ki, 14% artmasına şərait yaradıb. Hesabat dövründə 25.244 milyard dollardan çox ixrac-idxal əməliyyatları həyata keçirilib. Bu prosesdə Azərbaycanın əsas ticarət tərəfdaşları arasındakı müsbət dinamika, ilk növbədə kənd təsərrüfatı ixracının artması, karbamid gübrələri, polimer və qeyri-neft sektorunun digər məhsullarının tədarükü hesabına ticarətin artmasına öz töhfəsini verib.
Burada heç nə birmənalı deyil, mövcud göstəricilərin ilin sonuna kimi 3,2%-dən aşağı düşəcəyi istisna edilmir. Ancaq belə neqativ məzmunun artacağı təqdirdə keçənilki göstəricilərə əsasən böyük boşluq yaranacaq ki, bu da ÜDM-nin cəmi 1,4%-ni təşkil edir.
Burada bir məqamı da qeyd etmək yerinə düşər ki, bu il Azərbaycanda orta illik inflyasiya 3,8%-lik ilkin proqnoza qarşı 3,2% olmalıdır. Beləliklə, inflyasiya amilinin bütövlükdə manatın məzənnəsinin sabitliyi ilə (2017-ci ildən bu günə qədər 1 dollar üçün 1.7 AZN) milli iqtisadiyyatın sabitliyini təmin edən ÜDM-nin artım göstəricilərinə bir az təsir göstərdiyini iddia etmək olar.
Dolayı olaraq, 2019-cu ilin doqquz ayı ərzində təxminən 25 milyard 567 milyon manat təşkil edən Azərbaycanın icmal büdcəsinin gəlirlərinin artması da ölkə iqtisadiyyatının sabitliyini sübut edir.
Eyni zamanda, büdcə profisiti 7 milyard 603 milyon manatı və ya ÜDM-in 13 faizini ötüb, cari ilin proqnozlaşdırılan büdcə kəsirini nəzərə alsaq, bu göstərici diqqətəlayiqdir.
Ümumilikdə, bu ilin doqquz ayında qeyri-neft sektorunda artım tempi 3,6% təşkil edib. Müqayisə üçün bildirək ki, keçən ilin eyni dövründə bu göstərici builkinin yarısı qədər, yəni 1,8% olub.
İqtisadiyyatın ən vacib hissəsi olan və ölkənin əmək ehtiyatlarının təxminən 40%-nin toplandığı kənd təsərrüfatında artım 7%, qeyri-neft sənayesində isə 15%-ə çatıb. Neft sektorunun inkişaf dinamikası daha təvazökar olmasına baxmayaraq, 0.8% (keçən il 0.6%) artım müşahidə edildi ki, bu da birlikdə ÜDM-in təxminən 2.5% artımını təmin edə bilib.
Doqquz ay ərzində əldə olunan ÜDM göstəricilərini qorumağın mümkün olub-olmayacağı dekabrın sonunda bəlli olacaq. Bir sıra mütəxəssislər bu parametrin ilin sonuna qədər 2,3%-ə enəcəyini istisna etmirlər.
Gələcəkdə və sonrakı illərdə Azərbaycanın iqtisadi inkişafı üçün hansı perspektivlər var?
Azərbaycanın İqtisadiyyat və Maliyyə Nazirliklərinin bildirdiyinə görə, gələn il iqtisadi artım perspektivləri az deyil. 2020-ci ildə ÜDM artımının 3%-ə çatacağı gözlənilir. Bu böyük dərəcəli nikbinlik 2020-ci il büdcəsində dövlət investisiyalarının həcminin artması ilə əlaqədardır, bu göstəricinin proqnozlaşdırıldığından 1,3 milyard manat çox olacağı gözlənilir.
Böhrandan əvvəlki dövrün təcrübəsi göstərdi ki, investisiya komponentinin artımı həmişə qeyri-neft sektorunun inkişafına müsbət təsir göstərir və müvafiq olaraq inkişaf göstəriciləri gələn il 3,8% səviyyəsində proqnozlaşdırılır.
Bu və bir sıra digər amilləri nəzərə alaraq hökumətin verdiyi yeni proqnoza görə, sonrakı illərdə ÜDM-nin artım templəri dinamik şəkildə artacaq. Beləliklə, 2021-ci ildə bu göstərici 3,7%, 2022-ci ildə 3,1%, 2023-cü ildə 3,2% təşkil edəcək. Beləliklə, 2020-2023-cü illərdə ÜDM-nin orta illik artımı 3,25% olacaq.
Beynəlxalq Valyuta Fondunun (BVF) mütəxəssisləri Azərbaycanda ÜDM-in artımına bir qədər ehtiyatla yanaşırlar.
Beləliklə, oktyabr ayında dərc olunan “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” icmalında BVF ekspertləri Azərbaycanın 2019-cu ili 2.7% böyümə ilə başa vuracağını proqnozlaşdırırlar. Ölkənin növbəti beş il üçün inkişaf perspektivlərinə gəldikdə, BVF ekspertləri hesab edirlər ki, 2020-ci ildə Azərbaycan iqtisadiyyatı 2,1%-ə qədər enəcək, 2024-cü ilə qədər ÜDM-nin artım səviyyəsi 2,4% olacaq.
Bununla yanaşı, ekspertlər hesab edirlər ki, qeyri-neft sektorunu şaxələndirmək üçün genişmiqyaslı iqtisadi islahatların həyata keçirilməsi, sənaye və kənd təsərrüfatı ixracatının artımı növbəti illərdə Azərbaycanda iqtisadiyyatın inkişafını yüksək dinamizmlə irəli aparacaq və ölkənin 2-3 faizlik durğunluq həddini keçməsinə imkan verəcək.
Xəzər Axundov
"Milli Məclis" teqi üzrə xəbərlər
- Sabiq millət vəkili vəfat edib
- Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Paşinyana CAVAB
- Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB
- Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin - YENİ TƏKLİF
- Milli Məclis Lüksemburq Nümayəndələr Palatasından aqressiv ritorikanı kənara qoymağı TƏLƏB ETDİ