Yaxın Şərqdə gərginliyin davam etməsi fonunda neftin bahalaşması müşahidə olunur.
Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.
Bakı vaxtı ilə saat 09:18-də Londonun ICE birjasında oktyabr ayında çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 7 sent artaraq bir barel üçün 91.69 dollara çatıb. Əvvəlki sessiyada isə "Brent" 0.60 dollar (0.7%) bahalaşaraq bir barel üçün 91.62 dollar təşkil etmişdi.
Nyu-York Ticarət Birjasında (NYMEX) sentyabr ayında çatdırılma ilə WTI markalı xam neftin füçersləri 0.17 dollar (0.2%) bahalaşaraq bir barel üçün 86 dollar olub. Əvvəlki sessiyada isə WTI markalı neft 0.89 dollar (1.1%) artaraq bir barel üçün 85.83 dollara satılmışdı.