Tezliklə “Ganjlik Mall” bakılıların yeni sevimli ticarət mərkəzinə çevriləcək.
Ərazisi 55.000 м2 olan geniş məkanda artıq hamıya tanış olan “Zara”, “Bershka”, “New Yorker”, “Mango”, “Next, United Colors of Benetton”, “Stradivarius”, “Pull&Bear”, “Tommy Hilfiger”, “Nine West”, “Koton”, “LC Waikiki” və Azərbaycanda yeni OVS, “Ted Baker”, “De Facto”, “Pimkie”, “French Connection”, “Calliope”, “Terranova” kimi brendlər yerləşəcək. İdman geyiminin geniş çeşidlərini “GO Sport” və “Courir” mağazaları təqdim edəcəklər.
Ev əşyalarını isə “Zel Home”, “The One”, “Mudo Concept” salonlarından əldə etmək mümkün olacaq. Mall-da həmçinin yeni “Bravo” hipermarketi öz işinə başlayacaq.
Alış-verişdən əlavə “Ganjlik Mall” əyləncələrlə də diqqəti cəlb edəcək: kino həvəskarları dünya blokbasterləri ilə “CinemaPlus” kinoteatrında tanış ola, kollektiv oyunları sevənlər dostları ilə asudə vaxtlarını boulinqdə keçirə, balacalar isə “The Wonderland” uşaq zonasında sehirli dünyaya baş vura biləcəklər.
Əlbəttə ki, ticarət və əyləncə mərkəzində Bakıda “McDonalds”, KFC, “Villa Pizza”, “Starbucks”, İlly”, “Gloria Jeans” kimi ən populyar çevik qida restoran və kafe brendləri kimi tanınmış adlarla fudkort da fəaliyyət göstərəcək.
“Ganjlik Mall” öz qapılarını bu ilin 15 aprel tarixində üzünüzə açacaq.