Azərbaycan Hava Yolları QSC (AZAL) ilkin ehtimala görə ilk “Boeing-787 Dremliner” təyyarəsini 2014-cü ilin yayında əldə edəcək.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu cümə günü AZAL-dakı mənbə deyib.
AZAL daha əvvəl iki “Boeing-787 Dreamliner” təyyarəsinin alınması üçün sifariş verib.
Mənbə qeyd edib ki, AZAL ilk “Boeing-787 Dreamliner” təyyarəsini cari ilin iyun-iyul aylarında əldə edəcək:
“Bu markadan olan ikinci təyyarənin əldə edilməsi 2014-cü ilin noyabrında gözlənilir”.
Bu, AZAL-a daha uzaq məsafələrə, xüsusilə Cənubi və Şimali Amerika, Cənub-Şərqi Asiya və digər regionlara uçuşlara başlamağa imkan verəcək (Trend).