Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Günay İbrahimli və Günel Hümbətova qalmaqalı – Foto
Space telekanalında yayımlanan “Star Panorama” verilişində müğənni Günay İbrahimlinin aparıcı Günel Hümbətova haqda dediyi sözlər Güneli özündən çıxarıb.
Oxu.Az xəbər verir ki, Günayın onunla heç vaxt rəfiqə olmadığını və danışıqlarına əhəmiyyət vermədiyini söyləməsi aparıcını yaman əsəbiləşdirib:
“Günay İbrahimli, bəsdir özünü mənimlə reklam edib müsahibələr verdin. Bir də mənim adımı çəksən, camaata elə bir faktı açıqlayacağam ki, bundan sonra yüz il də oxusan, özünə gələ bilməyəcəksən. Bu, axırıncı xəbərdarlığımdır! Yer üzündə sənin kimi nanəcib, yaxşılıq bilməyən ikinci məxluq yoxdur. Adımı çəkmə, peşman olarsan. Bir də ki, 4 il qarşını kəsən adama niyə yaltaqlanmısan?! Niyə görüşüb çörək kəsmisən, ay məxluq?! Deməli, ikiüzlüsən. Mənim hər şeyə sübutum var. Çox qurdlu qızsan. Arxivdə materiallar var. Həmişə səni verilişlərimə çəkib, qonaq çağırıb ağızdolusu tərifləmişəm. Buna quyu qazmaq deyirsən?!”
Aytən Sadıqzadə
www.oxu.az