“Yeni Həyat Şirkətlər Qrupu”-nun İctimaiyyətlə Əlaqələr Şöbəsinin verdiyi məlumata əsasən, “Yeni Həyat “ MMC-nin “Yeni Həyat Şirkətlər Qrupu”-na heç bir aidiyyatı yoxdur.
Şirkətdən Oxu.Az-a verilən məlumatda bildirilir ki, “Yeni Həyat “ MMC və “Yeni Həyat Şirkətlər Qrupu” MMC-ni ad oxşarlığından başqa hər hansı hüquqi və faktiki əsaslar bağlamır.
Belə ki, “Yeni Həyat Şirkətlər Qrupu” MMC hal-hazırda Respublikamızın tikinti sektorunda ən önəmli və qabaqcıl yerlərdən birini tutur və öz fəaliyyətini uğurla davam etdirir.
18:40
Azərbaycanda 14 il fəaliyyət göstərən “Yeni Həyat” MMC ləğv olunub.
Oxu.Az xəbər verir ki, Vergilər Nazirliyindən APA-ya verilən məlumata əsasən, şirkət bağlanmasını rəsmən bəyan edib.
Qurum bağlanması ilə əlaqədar kreditorların iki ay ərzində tələblərini irəli sürməsini elan edib. Kreditorlar bunun üçün Bakı şəhəri, Nobel prospekti,15 (“Azure” yaşayış-əyləncə kompleksinin binası) ünvanına yaxınlaşa bilər.
Xatırladaq ki, “Yeni Həyat” MMC 2002-ci ildə yaradılıb.