Yeni ildə Türkiyədən Rusiyaya ixrac edilməyəcək məhsulların adları bəlli olub. Rusiya Hökumətinin müəyyən etdiyi iqtisadi tədbirlər planı çərçivəsində 2016-cı il yanvarın 1-dən bəzi məhsulların Türkiyədən Rusiyaya ixracı tamamilə dayandırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Bloomberg yazıb.
“Rusiyanın Türkiyə üçün hazırladığı iqtisadi tədbirlər planına uyğun olaraq, bir çox meyvə, tərəvəz və ət məhsulunun Rusiyaya girişi 2016-cı il yanvarın 1-dən tamamilə qadağan ediləcək”, - deyə Bloomberg qeyd edib.
Agentlik Rusiyanın bəyanatlarına əsasən bu qərara gəlib ki, Rusiyanın Türkiyəyə sanksiyaları əsasən meyvə və tərəvəz məhsullarını əhatə edir:
“2016-cı il yanvarın 1-dən Türkiyədən Rusiyaya pomidor, portağal, alma, ərik, kələm, duz, naringi, xiyar, armud, ərik, şaftalı, gavalı, üzüm, çiyələk, quru soğan, qərənfil, toyuq və hind quşu əti idxalı dayandırılacaq. Türkiyədən idxal edilən digər balıq, qırmızı ət, süd məhsulları, fındıq, limon kimi bəzi məhsulların Rusiyaya ixracı ilə bağlı isə hər-hansı sanksiya tətbiq edilməyib”.
Qeyd edək ki, Türkiyə Rusiyaya 2015-ci ilin 10 ayında təxminən 300 min ton pomidor, 255 min ton sitrus meyvələri, 20 min ton ağ ət və 36 min ton duz ixrac edib. Qadağan olunan məhsulların ixrac dəyəri illik 764 milyon dollar hesablanıb və bu isəTürkiyənin meyvə-tərəvəz məhsullarının ixrac gəlirlərinin 42%-ni təşkil edir.
Ülviyyə R. Əli
www.oxu.az