Daha çevik və dəbdəbəli yeni Opel Corsa modeli artıq Opel Bakı Mərkəzində satışa çıxarılıb.
Oxu.Az xəbər verir ki, cazibəli dizaynı və ən son texnoloji yenilikləri birləşdirən bu kiçik şəhər avtomobili öz yeni dizaynı, interyeri və dinamikliyi ilə göz oxşayır.
Yeni Opel Corsa modeli arxa və ön hissədəki çoxsaylı sensorlarla təchiz edilib.
1.4 litr mühərrik ilə təchiz olunan bu çevik avtomobil öz performansı və gücü ilə seçilir. Avtomobildə olan kruiz kontrol müəyyən bir sürət altında saxlamaq üçün şərait yaradacaq. Opel Corsa aktiv və passiv təhlükəsizlik sistemləri ilə təchiz edilib.
Opel Corsa avtomobilini 3 000 manat ilkin ödənişlə Opel Bakı Mərkəzindən əldə edə bilərsiz.
Yeni alınan avtomobilə yürüşdən asılı olmayaraq iki il zəmanət verilir.
Opel Bakı Mərkəzinin ünvanı ilə əlaqə saxlamaq istəyənlər bu nömrələrə zəng edə bilərlər: (012) 490 68 19; (012) 496 78 22 ; (055) 258 55 45.
Ünvan: Babək pr. 21/99 “Cahan Motors” Opel Bakı Mərkəzi.
www.oxu.az