Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
 (1):1200.jpg)
“Yeni yaradılacaq minik avtomobillərinin istehsalı kompleksində 1 200 nəfər işlə təmin olunacaq” - FOTO
“Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan “Azərmaş CP” MMC-yə Hacıqabul Sənaye Məhəlləsinin rezidenti statusu verilib və rezidentlərin sayı 14-ə çatıb”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında yazıb.
O bildirib ki, şirkət tərəfindən Sənaye Məhəlləsinin ərazisində investisiya həcmi 104 milyon manat olan minik avtomobillərin istehsalı kompleksi yaradılacaq və 1 200 nəfər işlə təmin ediləcək.
#Azərbaycan-#Özbəkistan birgə müəssisəsi “Azərmaş CP” MMC-yə Hacıqabul Sənaye Məhəlləsinin rezidenti statusu verilib və rezidentlərin sayı 14-ə çatıb. Şirkət tərəfindən Sənaye Məhəlləsinin ərazisində #investisiya həcmi 104 mln. ₼ olan minik avtomobillərin istehsalı kompleksi… pic.twitter.com/eyHA0DiDh1
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 30, 2023