Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə bağlı aparılan yoxlamalarda nəzərdə tutulan güzəştlər bir qrup sahibkara şamil edilməyəcək.
Bu barədə Oxu.Az APA-ya istinadən xəbər verir.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna təklif edilən əlavəyə əsasən, bu, cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamaların obyekti olacaq sahibkarlardır.
Qanunun 2-ci (Qanunun tətbiq dairəsi) maddəsinə bununla bağlı “Bu qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir” bəndi əlavə edilir.
U.A.
www.oxu.az