Zaqatala şəhərinin yeni baş planının hazırlanması ilə bağlı işlər başa çatdırılıb. Yeni baş plan Zaqatala Rayon İcra Hakimiyyətinin təşəbbüsü və sifarişi ilə “Azərmemarlayihə” Baş Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanıb.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, rayon icra hakimiyyətindən bildirilənə görə, baş planda Zaqatala şəhərinin ərazisi 4 dəfəyə yaxın genişləndirilərək hazırkı 368,6 hektardan 1438 hektara çatdırılıb.
Bu məqsədlə şəhərin ətrafında yerləşən Car, Kebeloba, Göyəm, Çökəkoba, Yuxarı Tala, Aşağı Tala, Zilban kəndlərinin və Qazangül qəsəbəsinin ərazisindən ümumilikdə 1070 hektar torpaq sahəsi ayrılıb.
Hazırda Zaqatala şəhərinin yeni baş planının təqdimatına hazırlıq görülür.