Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Zaqatalada "KOB FEST" sərgi-satış yarmarkası keçiriləcək
İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə növbəti "KOB FEST" sərgi-satış yarmarkası Zaqatalada keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb.
Bildirilib ki, oktyabrın 11-13-də təşkil olunacaq yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən Zaqatala və ətraf bölgələrdən olan KOB subyektləri agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 ("İştirak etmək istədiyiniz tədbir" bölümündə "KOB Fest - Zaqatala" qeyd olunmalıdır).
Qeyd edək ki, "KOB FEST" sərgi-satış yarmarkasının məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətləri tanıtmaq və onların satış imkanlarını genişləndirməkdir.