Vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov noyabrın 28-də Saatlı şəhərində İmişli, Beyləqan və Saatlı rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı noyabrın 26-sında saat 09:00-dan 18:00-dək aparılacaq.
Xatırladaq ki, qəbul aşağıdakı ünvanlarda keçiriləcək:
Saatlı “59 saylı Yol İstismarı İdarəsi” (Saatlı rayonu, Sarıcalar qəsəbəsi);
İmişli “36 saylı Yol İstismarı İdarəsi” (İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi);
Beyləqan “37 saylı Yol İstismarı İdarəsi” (Beyləqan rayonu, RTS qəsəbəsi).