Vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə Nəqliyyat Naziri Ziya Məmmədov mayın 29-da Zaqatala şəhərində Balakən və Zaqatala rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı mayın 27-də saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaq:
- Zaqatala “17 saylı Yol İstismarı İdarəsi” (Zaqatala rayonu, Yuxarı Tala kəndi)
- Balakən “51 saylı Yol İstismarı İdarəsi” (Balakən şəhəri, 28 may küçəsi, 12)
Ülviyyə R. Əli
www.oxu.az