Nəqliyyat naziri Ziya Məmmədovun martın 18-də İmişli rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbul vaxtı martın 29-na dəyişdirilib.
Bu barədə nazirlikdən Oxu.Az-a bildirilib.
Qeyd edək ki, İmişli və Beyləqan rayonlarını əhatə edəcək qəbulda iştirak etmək istəyən vətəndaşların qeydiyyatı martın 28-də saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaq.
- İmişli şəhəri, 20 Yanvar küçəsi-11;
- Beyləqan şəhəri, H.Əliyev prospekti-14 (Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 12 saylı Beyləqan regional şöbəsinin inzibati binası).
Ülviyyə R. Əli
www.oxu.az