124 min manat dələduzluqda ittiham olunaraq bəraət alan şəxs barəsində hökm ləğv edilib.
"Report" xəbər verir ki, Tərlan Qasımov 124 min manat dələduzluqda ittiham olunub. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsi tərəfindən Tərlan Qasımov barəsində bəraət hökmü çıxarılıb və azadlığa buraxılıb. Prokuror tərəfindən Tərlan Qasımov barəsində bəraət hökmündən Ali Məhkəməyə kassasiya protesti verilib. Ali Məhkəmə işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib.
Bakı Apellyasiya Məhkəməsində onun barəsində olan bəraət hökmü ləğv edilib və 6 il müddətinə azadlıqdan məhrum olunub. T.Qasımov məhkəmə zalında həbs edilib.
Rəylər