Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu qətlə yetirməkdə ittiham olunan Namiq Babayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə. hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının qərarı ilə N.Babayev 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə keçən il Yasamal rayonu, Yunis Dağlı küçəsi, ev 17-də baş verib. Həmin ünvanda yaşayan, əvvəllər bir neçə dəfə məhkum olunmuş 44 yaşlı Boris Gennadiyeviç Jarov naməlum şəxs tərəfindən qətlə yetirilib. Borisin meyitinin tapan məhəllə sakinləri bu barədə polisə məlumat veriblər.
Əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 55 yaşlı Namiq Babayev həbs olunub.
İlkin dindirmə zamanı əməlini etiraf edən Namiq Babayev mərhumla 20 ildən çoxdur ki, dostluq etdiyini, hadisə baş verən gün isə dostu tərəfindən təhqir olunduğunu bildirib.
E.Ə.
www.oxu.az