Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

“20 Yanvar” metrostansiyasının girişində 25 yaşlı gənc bıçaqlandı - FOTO
Metronun “20 Yanvar” stansiyasının girişində gənc oğlan bıçaqlanıb.
Oxu.Az Report-a istinadla xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü Müzəffərov Müzəffər Cəllalədin oğlu stansiyanın girişində naməlum şəxs və ya şəxslərlə əlbəyaxa dava edib. Nəticədə ona bir neçə bıçaq zərbəsi vurulub. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
A.S.
www.oxu.az
Ən çox oxunanlar