Hindistanın Carkxand ştatında fişəng istehsal edən fabrikdə güclü yanğın baş verib.
Oxu.Az-ın APA-ya məlumatına görə, Kumardubi yaşayış məntəqəsində qeydə alınan hadisə nəticəsində azı 8 nəfər ölüb, 25 nəfər xəsarət alıb. Hazırda hadisə yerində 6 yanğınsöndürən briqada çalışır. Yanğının səbəbləri və dəymiş ziyanın miqdarı hələ ki, məlum deyil.
A.S.
www.oxu.az