ABŞ prezidenti Donald Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayıb.
Oxu.Az-ın APA-ya istinadla xəbərinə görə, fərmanla KXDR, Venesuela və Çad vətəndaşlarının ABŞ-a girişinə məhdudiyyət qoyulub. Sudanın adı yeni siyahıdan çıxarılıb. Yeni fərmanda adıçəkilən üç ölkə ilə yanaşı İran, Liviya, Somali, Suriya və Yəmən yer alır.
Oktyabrın 18-dən etibarən qüvvəyə minən fərmanın müddətsiz olduğu bildirilir.
A.S.
www.oxu.az