Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
![37 yaşlı kişini baltaladı, qaçarkən avtomobil vurdu](https://images.oxu.az/2025/02/14/UPzBxBUWoGb9tkN5Dn82OupukwBbne21VqrQwfTo:1200.webp)
37 yaşlı kişini baltaladı, qaçarkən avtomobil vurdu
Bakının Yasamal rayonunda Azər İbrahimovu qətlə yetirməkdə təqsirləndirilən və əvvəllər məhkum olunmuş Təbriz Həsənovun cinayət işinin ilk məhkəmə hazırlıq iclası keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.
Dövlət ittihamçısı Təbriz Həsənov barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə istintaqına verilməsini təklif edib.
Məhkəmə cinayət işinin məhkəmə istintaqına verilməsi ilə bağlı qərar qəbul edib. Proses fevralın 21-nədək təxirə salınıb.
Qeyd edək ki, 2024-cü ilin oktyabrın 13-də saat 22 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1987-ci il təvəllüdlü Azər İbrahimovu kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Təbriz Həsənov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən edilib.
Təbriz Həsənov cinayət əməlini törətdikdən sonra hadisə yerini tərk edərkən naməlum avtomobil tərəfindən vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Müəyyən edilib ki, Azər İbrahimov oktyabrın 13-də yaxınları ilə birlikdə restoranda yeyib-içdikdən sonra dava zamanı qolundan və kürəyindən balta xəsarətləri alıb.
Ağır yaralı halda tapılan Azər İbrahimov dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
İstintaq orqanı tərəfindən Təbriz Həsənovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
"Qətl hadisəsi" teqi üzrə xəbərlər
- Məmur arvadını və ustanı güllələyərək QƏTLƏ YETİRDİ: Evə səsyazan quraşdırıbmış - TƏFƏRRÜAT
- Qadını qətlə yetirib, meyitini yolun kənarına atdılar - Hadisənin DETALLARI
- Sumqayıtda qadını boğaraq öldürdülər
- ABŞ-də ana dörd qızını güllələdi, intihara cəhd etdi
- Bakıda qadın namaz qılarkən qətlə yetirildi - Hadisənin DETALLARI
Rəylər