Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

42 yaşlı Qusar sakini qonşusu tərəfindən bıçaqlandı
Qusar rayonunda bıçaqlanma faktı qeydə alınıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, rayonun Gədəzeyxur kənd sakini 1973-cü il təvəllüdlü Bədəlxanov Əsəd Vahid oğlu bıçaqlanıb. O, Qusar Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Yaralıya döş qəfəsinin daxilə nüfuz etməyən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub, vəziyyəti orta ağırdır.
Qusar rayon Polis Şöbəsindən bildirilib ki, Ə. Bədəlxanov qonşusu tərəfindən aralarında yaranan mübahisə zəminində bıçaqlanıb.
Hazırda onu bıçaqlayan şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
"Qusar rayonu" teqi üzrə xəbərlər
Ən çox oxunanlar