Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
53 yaşlı kişinin qətli ilə bağlı yeni detallar
Noyabrın 1-də Xəzər rayonunun Şağan qəsəbəsində 53 yaşlı Cavanşir Abdullayevin güllələnərək qətlə yetirildiyi hadisənin bəzi təfərrüatı üzə çıxıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Pərviz Xudaverdiyev ölən şəxsin qohumu olub.
Belə ki, C.Abdullayev Pərvizin əmisinin qudası imiş. Mərhum C.Abdullayev quyu qazan texnikanın sürücüsü kimi, P.Xudaverdiyev isə qəssab kimi fəaliyyət göstərirmişlər.
“Xəzər Xəbər”in yaydığı iddiaya görə, C.Abdullayevin oğlu bir müddət əvvəl Pərvizin bacısını qaçırıb. Bu səbəbdən onların arasında münaqişə yaranıb.
Münaqişə zəminində 38 yaşlı kişi həmin oğlanın atasını “Revolver” tipli tapança ilə güllələyərək qətlə yetirib. O, daha sonra könüllü şəkildə polisə təslim olub.
Rəylər